RU

Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib

Ötən il dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə Hesablama Palatası tərəfindən 6 rəy, yenidən baxılma ilə bağlı isə 3 rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

“İki sahil” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ilk dəfə olaraq 1 rəy maliyyə auditi üzərindən verilib: "Rəylərin auditlər üzrə verilməsi təcrübəsinə keçid də ortamüddətli dövr üçün müəyyənləşdirdiyimiz hədəflərdən biri idi.

Rəylərlə əldə edilmiş nəticələrin bir hissəsini kəmiyyət ifadəsində hesablamağa çalışmışıq. Belə ki, 2023-cü ildə verilmiş rəylərlə 1,35 milyard manatdan çox uyğunsuzluğun olduğu müəyyən edilib. Bu məbləğin əsas hissəsini eyni gəlirin ayrı-ayrı illərdə 2-ci dəfə tanınması və vahid büdcə təsnifatına (VBT) uyğun nəzərdə tutulmama və icra təşkil edib", - V. Gülməmmədov bildirib.

O qeyd edib ki, fəaliyyət haqqında hesabatda uyğunsuzluq kimi göstərilən məbləğin təxminən 218 milyon manatı 2024-cü ilin dövlət büdcəsinin layihəsində nəzərə alınmaqla müvafiq qaydada düzəldilib: "Bunu da ali audit orqanının təsirini səciyyələndirən göstəricilərdən saya bilərik".

Beləliklə, hesabat ilində 66,5 milyon manat vəsaitin Hesablama Palatası tərəfindən, 0,9 milyon manatın hüquq-mühafizə orqanları tərəfindən bərpa edilib.

Bundan əlavə, maliyyə hesabatları üzrə 254,7 milyon manat, büdcə hesabatları üzrə 218,8 milyon manat məbləğində təhrif (uyğunsuzluq) üzrə düzəliş aparılıb.

"Hesabat ilində qanunun tələbinə uyğun olaraq audit olunan qurumların bank və xəzinə hesabının bağlanması barədə təqdimatların verilməsi və ya inzibati cəzanın tətbiqi ilə bağlı hər hansı addım atılmayıb və görülən tədbirlər yalnız qarşılıqlı dialoq əsasında həyata keçirilib", - V. Gülməmmədov əlavə edib.

Избранный
186
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Bakıda hoteldə yanğın başlayıb
628
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
381
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
284
Bu yol qovşağında təmir işləri aparılacaq
250
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
171
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
151
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
129
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
124
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
116
Bakıda 9 otaqlı evdə yanğın baş verib
113
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
101
Çingiz Mustafayevin toyudur - FOTOLAR
99
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
81
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
81
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
72
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
70
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
63
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
40
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
35
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
35