RU

Universitet məzunları diplom almaq üçün DİM tərəfindən test edilməlidir - DEPUTAT

... Bütün valideynlər “uşağımın ali təhsili olsun”, deyə repetitor tutur.... Şagirdlər 1 imtahanla universitetlərə qəbul olmalıdır...

 

Yuxarıdakı fikirləri AzEdu.az-a müsahibəsində Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

 

- Qüdrət müəllim, sizin partiyada komitədə təhsil sahəsiylə bağlı kimlərsə təmsil olunur?

 

-  Ali Məclisin sədri Vaqif bəy tarix elmləri doktorudur. Təhsilin və elmin problemlərini dərindən bilən biridir. Həmçinin nəzarət təftiş komissiyasının sədri Mahir bəy də Milli Elmlər Akademiyasında çalışır. Demək olar ki, bütün sahələr üzrə partiyada istedadlı insanlar var.

 

- O zaman belə bir sual vermək istərdik, sizcə, günümüzdə təhsil bağlı hansı problemlər var?

 

- Təhsillə bağlı dəfələrlə parlamentdə çıxış edib demişəm ki, bütün valideynlər zülüm çəkir. Bir  dəfə nazir Ceyhun Bayramov məni olimpiya mükafatçılarının təltif olunma mərasiminə dəvət etmişdir. Tədbirdən sonra parlamentin iclasında çıxış edib dəhşətə gəldiyimi dilə gətirdim. Uşaqların çoxunun beli əyri, çəkiləri az, hamısı eynəklədir. Problemlərin kökü valideynlərin uşaqlarının düzgün qidalandırmaması ilə bağlıdır. Qeyd etmişdim ki, bütün valideynlər “təki uşağımın ali təhsili olsun”, deyə hamısı repetitor tutur. Gedin bir universitetə deyin ki, tələbələrinizin neçəsi repetitor yanına getmədən ali təhsil müəssisəsinə qəbul olunub? Görün neçə nəfər əlin qaldıracaq? Bütün ölkə üzrə barmaqla sayılacaq 5,10 nəfər olar, ya yox? Bunu aradan qaldırmağın çox sadə yolu var.

 

- Nədir o yol?

 

- Bu yol orta məktəbin buraxılış imtahanları əsasında bütün sivil ölkələrdə olduğu kimi ali məkəblərə qəbulun həyata keçilməsidir. Şagirdlər dəfələrlə deyil, yalnız 1 imtahan verməklə ali məktəbə qəbul oluna bilsinlər. Bu üsulla həm şagirdi stressdən qurtarmaq olur, həm də onlar bütün fənləri oxuyarlar. Hesab edirəm ki, bir qərarla bunu həll etmək olar. Siz soruşacaqsınız ki, qeyd etdiyim məsələni niyə hökümət etmir?  Çünki onlar bilir ki, müəllimlərə maaş az verilir və onlar camaatın hesabına dolanır.

 

- Son vaxtlar testlərin ləğvi ilə bağlı fikirlər səsləndirilir. Sizcə test üsulunun ləğvi faydalı ola bilərmi?

 

- Ümumiyyətlə, hesab edirəm ki, test üsulu çox faydalıdır. Mən də müəllim qarşısında əyləşib ali məktəb qəbul olmaq üçün imtahan vermişəm. Bu prosesin şagirdlər üçün nə qədər stressli olduğunun şahidi olmuşam. Test üsulu ilə görün nə qədər kasıb uşaqlar ali məktəblərə qəbul ola bilib? İmtahan bir dəfə olmalıdır və şəxs onun nəticəsində universitetə qəbul olmalıdır.

 

-  Bu ildən etibarən ali məktəblərdə dövlət imtahanı ləğv edilib. Artıq tələbələr imtahan vermədən, yalnız istehsalat təcrübəsindən keçməklə, diplom ala biləcəklər. Bu məsələyə münasinbətiniz necədir?

 

- Düşünürəm ki, universiteti bitirən tələbələr üçün test imtahanı həyata keçirilməlidir. O zaman həmin universitetlərin və rektorların faəliyyətinə də qiymət verilər. Elə universitetlər var ki, öncəliyi təkcə pul qazanmaqdır, təhsil vermək ikinci plandadır. Dünyada çox insanlar var ki, ali məktəbi oxuyub bitirə bilmirlər, sadəcə onlara sertifikat verirlər ki, filan universitetdə 4 il dinləyici olub. Lakin diplom ala bilmirlər. Bizdə də elə bir qaydanın tətbiqi yaxşı olardı. Diplom alan bəzi şəxslər yenidən gəlib dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı verirlər. Dövlət qulluğu üçün nəzərdə tutulan imtahan isə qəbul olmaq istəyənlərin ixtisasına uyğun deyil. Dövlət qulluğunda heç bir ixtisasa uyğun fənn olmur. Belə çıxır ki, ixtisasın heç bir rolu yoxdur. Bu da yanlışdır.

 

- Qeyd etdiyiniz məsələnin həlli üçün hansı addımlar atılmalıdır?

 

- Bu məsələnin həlli üçün bütün universitetlərdə ixitsasa uyğun test imtahanı həyata keçirilməlidir ki, həmin şəxsin sırf bacarıqlarına uyğun bilik səviyyəsi müəyyən edilsin. Məsələn, tarixi bitiribsə, tarixi, hüququ bitiribsə hüququ bilməlidir. Bəzən insanlar təhsillə bağlı yeni fikirlər eşitmək istəyirlər. Əslində yeni bir ideyaya ehtiyac yoxdur. Birinci təhsili inkişaf etdirmık üçün ilkin addımı atmaq lazımdır.  Dünyanın keçdiyi inkişaf yolu var və biz də həmin yolla getməliyik.

Избранный
25
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20605
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19235
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18188
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17603
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16527
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16344
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16043
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15373
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11870
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11243
"Zaur, yenə çaşdın..." - VİDEO
8825
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8512
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7965
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7964
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7411
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7078
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6226
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731