RU

“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR

“Əvvəlcə mənə dedilər ki, sənə kiçik rollardan birini verəcəyik. Yükün o qədər də ağır olmayacaq. Sonra məlum oldu ki, Bədii Şura məni baş rola təsdiqləyib. Beləcə, 600 qızın içindən məni seçdilər. O qədər xoşbəxt idim ki. Anam əvvəlcə filmdə çəkilməyimə razılıq vermişdi. Baş rolu oynayacağımı biləndə qəti şəkildə etiraz edib dedi ki, “olmaz, vəssalam”. O zaman 13 yaşım var idi. Atamı 3 il əvvəl itirmişdim. Əsas söz sahibi dayılarım idi. Dua edirdim ki, heç olmasa onlar anamı yola gətirsinlər. Təkcə böyük dayım razılıq verdi. Dedi ki, “eybi yoxdur, uşaqdır, qoy çəkilsin, yadigar qalsın, amma aktrisa olmaq fikrini ağlından belə keçirtməsin”. Beləliklə də filmdə Zərifə rolunu oynadım. Qutudan çıxdıqdan sonra mən Rəşidi və uşaqları öpməli idim. Fikirləşirdim ki, oğlanı necə öpüm, dayılarım əsəbləşəcək”
 
Bunu Moderator.az-a açıqlamasında “Sehrli xalat” filminin Zərifəsi Solmaz Hətəmova deyib. O daha sonra xatirələrini bölüşüb.
 
 
“O filmdən sonra əsl adım hamının yadından çıxdı, hər kəsi məni “Zərifə” deyə çağırmağa başladılar. Film çox əziyyətlər hesabına çəkildi. Hava o qədər isti idi ki. Böyük işıqların altında qrimimiz də axırdı.. Əlisəttar Atakişiyev hər uşaqla ciddi işləyirdi. Biz ondan elə qorxurduq ki.. Ən çox nadinc uşaq Rəşid rolunun ifaçısı Azər Qurbanov idi. Həmişə ona irad tuturdu ki, özünü külək kimi yellətmə. Biz uşaqlarla ən çox Möhsün Sənani dostluq edirdi. Əlisəttar müəllim üstümüzə qışqıran kimi o gəlib bizimlə dostluq edərdi” deyə o bildirib. 
 
Solmaz Hətəmova deyir ki, “Sehrli xalat” filmindən sonra ona yeni film dəvətləri gəlib.
 
“ “Sehrli xalat” filminin çəkilişlərinin bitməsinə az qalmış Odessa kinostudiyasından gəlib Azərlə məni yeni ekranlaşdırdıqları uşaq filmlərindən birinə dəvət etdilər. Film ərəb şəhzadəsindən bəhs edirdi. Azər gedib baş rola çəkildi, mənə isə evdən icazə vermədilər. Musiqi məktəbində xorda solist idim, çox gözəl səsim var idi. Opera müğənnisi olmaq istəyirdim, buna da icazə vermədilər” deyə o bildirib.
Solmaz xanım filmlə bağlı bir etiraf da edib.
 
“Mən öz rolumun ssenarisini hələ də qoruyub saxlayıram. Uşaqların filmlə, mənimlə bağlı yazdığı yazılar da məndədir. Bu kağız parçaları həyatımın ən unudulmaz əşyalarıdır. Onların da yaşı mənim yaşım qədərdir. Hər dəfə o fotolara, o qəzetlərə və ssenarilərə baxanda özümü orada hiss edirəm, xatirələr bir daha göz önümdə canlanır” deyə Solmaz Hətəmova bildirib.
 
Избранный
228
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19625
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19032
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18097
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17407
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15961
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15911
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15654
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15150
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11663
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11169
"Zaur, yenə çaşdın..." - VİDEO
8781
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7862
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7414
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7277
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7269
Minimum əmək haqqı nə qədər arta bilər?
6996
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6800
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6024
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5677