- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Azərbaycan televiziya kanallarında yayımlanan “Səni axtarıram”, “Bizimləsən” və “Təsir dairəsi” verilişlərinin efir vaxtının mayın ikinci yarısından etibarən bir qədər qısaldılacağı, 2 saatdan çox olmayacağı bildirilir.
Pravda.az-ın əldə etdiyi məlumata görə, yeni mövsümdən, yəni sentyabrdan etibarən isə sözgedən verilişlərin formatlarının dəyişdiriləcəyi qeyd olunur.
Pravda.az-ın əməkdaşı ATV-yə sorğu ünvanlayıb.
Xəzər TV və ARB kanallarının İctimaiyyətlə əlaqələr şöbəsi ilə isə əlaqə saxlamaq mümkün olmayıb.
Aytəkin Qardaşova