RU

Argentina NATO-nun qlobal tərəfdaşı olmaq istəyir

Argentina NATO-nun qlobal tərəfdaşı olmaq istəyir və müvafiq sorğu göndərib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Argentinanın müdafiə naziri Luis Petri sosial şəbəkədəki "X" səhifəsində məlumat verib.

O bildirib ki, Şimali Atlantika Alyansının baş katibinin müavini Mirça Coana ilə görüşüb və xahişi ona çatdırıb.

“Mən Argentinanın alyansın qlobal tərəfdaşı olmaq istəyini ifadə edən niyyət məktubu təqdim etdim. Biz qüvvələrimizi NATO standartlarına uyğun modernləşdirməyə və təlim keçməyə imkan verəcək əlaqələri bərpa etmək üçün işləməyə davam edəcəyik”, - deyə Petri bildirib.

Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
130
1
yeniazerbaycan.com

4Источники