RU

Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu

“Forbes” jurnalı Rusiyanın 125 ən zəngin milyarderinin illik reytinqini təqdim edib.Birinci yerdə “Lukoyl”un eks-prezidenti, “Gələcəyimiz” Fondunun İctimai Şurasının sədri Vahid Ələkbərov qərarlaşıb. Onun sərvəti, jurnala görə, 28,6 milyard dollara bərabərdir.“Forbes” reytinqində ikinci yeri kapitalı 27,4 milyard dollar dəyərində qiymətləndirilən “Novatek” İdarə Heyətinin sədri Leonid Mixelson tutub. Ən zənginlərin ilk üçlüyünü isə Milli İdman Federasiyası İdarə Heyətinin sədri Vladimir Lisin qapadıb. Nəşr onun sərvətinin 26,6 milyard dollar olduğunu bildirir.Həmçinin, “Telegram”ın yaradıcısı Pavel Durov da 15,5 milyard dollar sərvətlə ən varlıların onluğuna daxil olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
110
8
senzor.az

9Источники