RU

ABŞ-ın bu razılaşmaları pozmasını pisləyirik - Venesuela

ABŞ-ın Venesuela iqtisadiyyatına ziyan vuran sanksiyaların ləğvi ilə bağlı razılaşmaları pozmasını qətiyyətlə pisləyirik.

Axar.az xəbər verir ki, bunu Venesuela xarici işlər naziri İvan Xil Pinto deyib.

“Ötən ilin sentyabrın 28-də Qətərin vasitəçiliyi ilə Dohada əldə edilmiş razılaşmalar pozulub. ABŞ yenə qərarlara əməl etməyib”, - Pinto bildirib.

Qeyd edək ki, bu gün Venesuelaya qarşı neft, qaz və qızıl hasilatı sahələrində bir sıra sanksiyalar bərpa edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
1
axar.az

2Источники