RU

Keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarılır - MAAŞ 700-800 MANAT - VAKANSİYA

OBA marketlər şəbəkəsi

Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Salyan)

Son tarix 18 may 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Anbarda mal qəbulu zamanı məhsulların keyfiyyət göstəricilərinin yoxlanılması;
  • Mal qəbulu zamanı aşkar edilən uyğunsuzluqlar üzrə aktların tərtibi;
  • Aşkar edilən uyğunsuzluqların aradan qaldırılması üçün əlaqədar struktur bölmələri ilə koordinasiyalı işlərin təşkili və düzəldici tədbirlərin icrasına nəzarət edilməsi;
  • E-tiket məlumatlarına, orqonoleptik göstəricilərə və daşınma şərtlərinə nəzarət edilməsi;
  • AQTA üçün tələb olunan nümunələrinin hazırlanması və təhvil verilməsi;
  • Görülən işlərin hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi;

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali;
  • İş təcrübəsi: müvafiq sahə üzrə 1 il;
  • Kompüter bilikləri: MS Office (Excel-yaxşı səviyyədə);
  • Ezamiyyə səfərlərinə hazır olmalı;
  • İş yeri: Salyan Mingəçevir ,ərazisi 
  • İş qrafiki: 6 günlük iş rejmi; Gecə və Gündüz növbələri
  • Əmək Haqqı:700-800 AZN

Əlavə təminatlar:

  • Nahar;
  • Korporativ nömrə;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Salyan)" yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
199
fed.az

1Источники