RU

Türkiyədə güclü zəlzələ: dağıntılar və yaralılar var

Türkiyənin Tokat rayonunda baş verən zəlzələdə dağıntılar qeydə alınıb, 5 nəfər yaralanıb. 

Musavat.com xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 

AFAD tərəfindən verilən məlumatda aşağıdakı ifadələr yer alıb: AFAD, Jandarma, Polis qrupları və digər təyinatlı personalla Tokat və Yozgat vilayətlərində sahələrdə araşdırmalar aparılır və Tokatda insan itkisi yoxdur.

Tokat rayonunda 2 yaşayış evi, 5 tövlə və 2 minarəyə ziyan dəyib.

Sivas, Samsun, Ərzurum, Çorum və Amasyaya da AFAD qrupları cəlb edilib.

Yozqatda 2 mərtəbəli bina uçub, 8 kənddə cüzi dağıntılar baş verib. AFAD qrupları Ankara, Çankırı, Kayseri, Amasya, Nevşehir və Kırıkkaleyə göndərilib. Təhlükəsizlik Baş İdarəsindən 1 helikopter və Jandarmadan 1 İHA Yozgat və Tokat vilayətlərinə göndərilib. 

Tokat rayonunda zəlzələ zamanı panikaya düşərək qaçmağa çalışan 5 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyənin Tokat vilayətində 5,6 bal gücündə zəlzələ olub. Zəlzələ ətraf rayonlarda da hiss olunub.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
349
9

1Источники

Комментарий ()
Закрывать