RU

“Azəri Med” gömrük qaydalarını pozmaqda ittiham edilir

“Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati protokol tərtib edilib.

Valyuta.az xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.

İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Aprelin 30-na iş üzrə məhkəmə baxış iclası təyin edilib.

İclas hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək.

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
7
valyuta.az

10Источники