Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb. Manset.az bildirir ki, lent.az -ın xəbərinə görə, o iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını avtomobil qəzasında itirdiyini söyləyib. "Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim. O öləndən sonra övladımız dünyaya gəldi. Qəza keçirdiyi gün onunla küsülü idik. Ölməzdən qabaq zəng etmişdi, acıladım, danışmadım. Sonra yenə zəng etdi, açmadım. Kaş açaydım. Bu peşmanlığı ömrüm boyu yaşayacam", - o bildirib. Ülviyyə Namazova sonradan ikinci dəfə ailə qurduğunu və bu nikahdan sonra ikinci qızı doğulduğunu da qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.