RU

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb.

BiG.AZ xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib.

Açıqlamaya görə, İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 71 fələstinli həyatını itirib, 106 fələstinli isə yaralanıb.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
184
50

1Источники

Комментарий ()
Закрывать