RU

58 yaşlı hücumçu karyerasını bərpa etdi - Sahibi olduğu klubda oğlu ilə oynayacaq

Braziliya millisinin sabiq üzvü Romario karyerasını bərpa edib.

Sportinfo.az xəbər verir ki, 58 yaşlı veteran hücumçu prezidenti olduğu “Amerika Rio-de-Janeyro”da oğlu Romarinyo ilə bir komandada oynayacaq.

Romario minimum maaş müqabilində klubla müqavilə imzalayıb.

“Amerika Rio-de-Janeyro” hazırda Braziliya D Seriyasında mübarizə aparır.

Əfsanəvi futbolçu 2007-ci ildə karyerasını başa vurmuşdu. 1987-2005-ci illərdə Braziliya millisində çıxış edən Romario 70 oyuna 55 qol vurub. O, PSV, "Barselona", "Valensiya", "Flamenqo" və "Vasko Da Qama" klublarında oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
187
36
sportinfo.az

10Источники

Комментарий ()
Закрывать