RU

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendləri fonunda belə bir açıqlamanın məqsədi nədir? Yaxşı olardı ki, bu cür şəxslər və konkret olaraq səfirlə bağlı araşdırılma Tehranda aparılsın. Yoxsa Azərbaycanda bunu Abdullahiyanın şəxsi göstərişi kimi başa düşə bilərlər. Ümumiyyətlə son 30 illik dövr ərzində Azərbaycana qarşı ən sərt mövqedən çıxış edən məhz bugünkü XİN institutu, yaxşı olardı ki son illərdə harada uğur qazandığını götür - qoy eləsin. Zərif hakimiyyəti dövründə İranın diplomatik uğurları göz qabağındadadır. Bəs Abdullahiyan nəylə məşquldur və hansı uğurları ilə seçilir?"

Bu sözləri BiG.AZ-a politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Azərbaycan özünə qarşı bütün olanlar qarşısında kifayət qədər dözüm və səbr nümayiş etdirərək bölgədə son qlobal çağırışlar fonunda Tehrana qarşı "düşmən" mövqedə olan Qərbə Cənubi Qafqazdakı proseslərə müdaxilə etməyin , böldəgəki çağırışlar yalnız bölgə dövlətləri tərəfindən həllini tapmalıdır çağırışını etdi. Əvəzində isə, qonşu dövlətin XİN institutu özünü nəinki eşitməzliyə qoydu və təşükkür belə etmədi, hətta səfirlər vasitəsilə köhnə ritorikanı davam etdirir.

"İran səfiri bildirib ki, "ikinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb". Azərbaycanla dostluq münasibətləridə maraqlı olduğunu bəyan edən Abdullahiyan özünün Ermənistandakı səfirinin cəfəng açıqlamalarına niyə imkan verir? İran səfiri çıxışında separatçıların və işğalçı Ermənistan ordusunun üzvlərinin həlak olmasını faktiki olaraq faciə kimi qələmə verir. İranın Ermənistandakı səfiri çıxışında bu dövlətin Brüsseldə ABŞ və Aİ ilə əməkdaşlığı barədə pozitiv fikirlər səsləndirilir və İrəvanın iqtisadi imkanlarının artmasını dəstəklədiyini qeyd edir. Məgər İran həmişə Qərbin regiona siyasi və hərbi ekspansiyasına qarşı çıxmırdı mı?
Deməli, sözdə Fələstində, Yaxın Şərqdə, daxili auditoriyası qarşısında Qərbi özünün düşməni kimi qələmə verən Tehran, lazım gəldikdə ABŞ ilə əməkdaşlığa hazırdır. İndiyə qədər bu əməkdaşlığın nəticələrini Yaxın Şərqdə dəfələrlə görən biz, bu dəfə Ermənistanda real politikanın gərçək üzünü gördük.
Azərbaycan - ABŞ, Azərbaycan - Aİ münasibətlərinə qıcıqla yanaşan dairələr unutmasınlar ki, onların qonşuluğunda müstəqil dövlət var və rəsmi Bakı xarici siyasət davranışı ilə bağlı lazım bildiyi davranışı bundan sonra da sərgiləyəcək. Ermənistan rəhbərliyinin addımını nəinki tənqid edən, hətta dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun".


BiG.Az
Избранный
67
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Bakıda hoteldə yanğın başlayıb
973
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
634
Sabah 5 kəndin qazı kəsiləcək
474
Bu yol qovşağında təmir işləri aparılacaq
405
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
378
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
238
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
228
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
227
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
187
Çingiz Mustafayevin toyudur - FOTOLAR
156
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
145
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
139
Bakıda 9 otaqlı evdə yanğın baş verib
124
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
100
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
98
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
70
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
65
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
50