- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Türkiyədə əqrəb yeyən kişi ölüb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib.
Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyini təsdiq edib. Samsun Təhsil və Araşdırma Xəstəxanasına sövq edilən Bilal Yiğit müdaxilələrə baxmayaraq həyatını itirib.