Demokrat.az xəbər verir ki, qəbulda Birlik rəhbəri ilə yanaşı, qurumun Tərtər Regional qaz istismarı İdarəsinin məsul şəxsləri də iştirak ediblər.
Görüşdə Ağdam, Ağcabədi, Goranboy, Bərdə, Tərtər, Füzuli, Beyləqan və Kürdəmir rayonlarından olan vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər zamanı əsasən yaşayış məntəqələrinə, yeni yaşayış massivlərinə, həmçinin kəndlərə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı məsələlərə toxunulub. "Azəriqaz" İB-nin baş direktoru Azər Məmmədov qəbula üz tutan 52 vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli istiqamətində sakinlərə köməklik göstərilməsi ilə bağlı Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.
Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
8Источники
-
azadmedia.azSOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Ağdam rayonunda vətəndaş qəbulu keçirib ( 5625133)
-
demokrat.az"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirdi — FOTO ( 5615467)
-
525.az"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib ( 5614306)
-
ikisahil.az"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib-FOTO ( 5614114)
-
redaktor.az"Azəriqaz"ın rəhbəri vətəndaşları qəbul etdi ( 5613895)
-
sia.az"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib - FOTOLAR ( 5613721)
-
moderator.az"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib ( 5613532)
-
report.az"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib ( 5613409)