RU

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin rəsmi internet səhifəsi (www.ezda.edu.az) istifadəyə verilib.

Agentlikdən 525.az-a bildirilib ki, yeni sayt dizaynla yanaşı, məzmun cəhətdən də təkmilləşdirilib, fərqli struktura və müasir tələblərə uyğun tərtib edilərək bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib.

Yeni səhifədə Peşə Təhsil Mərkəzinin idarə edilməsi, pedaqoji heyət, ixtisaslar, tələbə qəbulu qaydaları, tələbə və məzunların reyestri, fəaliyyətlər barədə geniş məlumatlar yerləşdirilib.

Sevinc Qarayeva 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
3
525.az

4Источники