RU

Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”

Nazir:
“Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz "Məktəblinin dostu" layihəsi əsasında alınıb”.
1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. 4000-dən çox məktəbdə 1 milyondan çox təhsilalan, çox sayda təhsilverən və valideynin olmasını nəzərə alsaq nəzəri baxımdan fövqəladə və bədbəxt hadisələr baş verə bilər. Ona görə də məsələni məktəbdaxili həll etmək düzgün olar". E.Əmrullayev bildirib ki, neqativ hadisələri ört-basdır etməkdənsə, həll yolu istiqamətində düzgün müzakirə aparılmalıdır: "Kimisə günahlandırmaqla məsələni həll etmək mümkün deyil, bu, hadisələrin yenidən təkrarlanmasına səbəb ola bilər". O söyləyib ki, ailədaxili münaqişə və mühit məktəb daxilində öz təsirini göstərmiş olur: "Məsuliyyətin bölüşdürülməsi və birgə işin tərəfdarıyam” . Nazir qeyd edib ki, məktəblərdə video müşahidələr də aparılır və görüntülər 30-40 gün saxlanılır.

“Bu, bəzi problemli məsələlərin həllində əhəmiyyətli rol oynayır. Bəzən heç də daxil olan məlumatlar dürüst olmur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
17
1news.az

10Источники