RU

ATU-da Şizofreniyaya aid elmi-praktikkonfrans


Azərbaycan Tibb Universitetinin (ATU) Psixiatriya kafedrası və "Gedeon Richter" şirkətinin təşkilatçılığı ilə “Kariprazin: şizofreniya müalicəsi üçün unikal imkanlar” mövzusunda elmi-praktik konfrans keçirilib.



"Medicina" xəbər verir ki,universitetin rektoru, Psixiatriya kafedrasının müdiri professor Gəray Gəraybəyli konfransın mövzusunun kifayət qədər aktual olduğunu bildirib. O, şizofreniyanın xroniki gedişatı ilə əlaqədar əmək qabiliyyətinin itməsi, etiologiya və patogenezinin dəqiq öyrənilməməsi, bu səbəbdən konkret müalicəsinin olmaması onu psixiatriyanın ən əsas probleminə çevirdiyini qeyd edib:


“Psixiatriya sahəsində stasionar müalicə alan pasiyentlərin əksəriyyəti məhz bu xəstəlikdən əziyyət çəkir. Bu gün xəstəliyin müalicəsində müxtəlif preparatlardan istifadə olunsa da, mütəmadi olaraq yeni dərmanlar hazırlanır.


Bu konfransda yeni vəeffektivliyi sübut edilmiş preparatdan bəhs olunacaq. Həmçinin, şizofreniyanın neqativ simptomlarına ənənəvi və müasir baxışlar araşdırılacaq, bu sahədə son elmi tədqiqatların nəticələri elan olunacaq. Həmçinin, neqativ pozğunluqların müalicəsi imkanlarının nəzərdən keçirilməsinə xüsusi diqqət yetiriləcək”.

Rektor G.Gəraybəyli şizofreniyaın müalicəsində tətbiq edilən yeniliklərə həsr olunmuş mühazirələrin bütün tibb ictimaiyyəti üçün önəmli olduğunu bildirib.


Sonra V.P.Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin filialı olan Moskva Elmi-Tədqiqat Psixiatriya İnstitutunun psixi xəstəliklərin müalicəsi şöbəsinin müdiri, Rusiya Tibb Akademiyasının Davamlı Peşəkar Təhsil Psixiatriya kafedrasının müdiri professor Sergey Mosolov “Şizofreniyanın neqativ simptomlarının diaqnostikası və müalicəsi” mövzusunda məruzə ilə çıxış edib. O, şizofreniyanın neqativ simptomlarının əksər hallarda bu xəstəliyin neqativ sosial nəticələrini müəyyən etdiyini söyləyib. Eyni zamanda, son onilliklər ərzində bu əlamətlərindiaqnostik dəyərləndirilməsi və bu məsələyə yanaşmanın da əhəmiyyətli şəkildə dəyişdiyini vurğulayıb.

Məruzəçi Rusiya Psixiatrlar Cəmiyyətinin keçirdiyi sorğuların nəticələri, rusiyalı mütəxəssislərin təcrübəsinə də istinad edərək bildirib ki, şizofreniya xəstələrinin yarısından çoxunda ən azı bir neqativ simptom müşahidə olunur.


Medicina.az


Избранный
35
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Bakıda hoteldə yanğın başlayıb
1287
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
879
Bu yol qovşağında təmir işləri aparılacaq
568
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
440
Bakıda 9 otaqlı evdə yanğın baş verib
423
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
372
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
304
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
298
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
283
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
204
Çingiz Mustafayevin toyudur - FOTOLAR
203
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
195
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
185
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
152
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
95
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
85
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
79
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
77