RU

AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib

"Putin hakimiyyətə gələndən demokratiyaya qarşı müharibə aparır, Avropa və dünya nizamını dəyişdirməyə cəhd edir..."
 
Avropa Şurası Parlament Assambleyası (AŞPA) qəbul etdiyi qətnaməsində Rusiya Federasiyasının prezidenti Vladimir Putini qeyri-legitim, Rus Pravoslav Kilsəsini Rusiyanın təsir və təbliğat aləti hesab edib.
 
Bu qətnamə 87 səslə qəbul edilib. Təklif estoniyalı diplomat Eerik-Niyles Kross tərəfindən irəli sürülüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "interfax.com.ua" nəşri məlumat yayıb.
 
"İndicə AŞPA deputatları "Aleksey Navalnının ölümü və Vladimir Putinin totalitar rejiminə və onun demokratiyaya qarşı müharibəsinə müqavimətin zəruriliyi" adlı qətnamə qəbul edib", - bunu Ukrayna Ali Radasanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Yevgeniya Kravçuk ("Xalqın xidmətçisi" fraksiyası) özünün "Facebook" səhifəsində yazıb.
 
Onun sözlərinə görə, bu qətnamədə AŞPA dəqiq qeyd edib ki, Putin hakimiyyətə gələndən məqsədi demokratiyaya qarşı müharibə aparılması və keçmiş Sovet İttifaqının dağılmasından sonra yaranan Avropa və dünya nizamının dəyışdirilməsi olan rejim qurub.
 
Assambleya bir daha təsdiq edib ki, Putin dönəmində Rusiya Federasiyası faktiki diktaturaya çevrilib və aşağıdakılara çağırış edib:
 
- Putinin Rusiya Federasiyasının prezidenti kimi qeyri-legitimliyini tanımaq. Sənəddə xatırladılır ki, Putin 2000-ci ildən hakimiyyətdədir, 2020-ci ilin iyul ayında Rusiya Konstitusiyasına qəbul edilən və Venesiya Komissiyası və Assambleya tərəfindən qeyri-legitim hesab edilən düzəlişlər ona öz postunda 2036-cı ilədək qalmağa imkan verir.
 
- Rusiyaya qarşı terrorçuluğa sponsorluq edən dövlət kimi, habelə Belarusda Lukaşenko rejiminə qarşı sanksiyalar rejimini gücləndirmək.
 
- Rus Pravoslav Kilsəsini (RPK) Rusiyanın etiqad və baxışlar azadlığına heç bir aidiyyəti olmayan təsir və təbliğat aləti olduğunu tanımaq, həmçinin patriarx Kirillə və Rus Pravoslav Kilsəsinin iyerarxiyasına "rus dünyasının" neoimperiya ideologiyasının davam etməsi kimi baxmaq. 
 
- Ərazilərində Rusiyanın Mərkəzi Bankı aktivlərinin dondurulduğu ölkələr tərəfindən "bu aktivlərin beynəlxalq kompensasiyalar  mexanizminə tez bir zamanda verilməsi" mexanizmini yaratədılsın. AŞPA hesab edir ki, bu mexanizm Avropa Şurasının himayəsi altında yaradılmalıdır.
 
- Rusiyada minlərlə məhbusa, o cümlədən 2014-cü ildən Rusiya həbsxanalarında qanunsuz saxlanılan Ukraynanın siyasi məhbuslarına, habelə ukraynalı hərbi əsirlərə qarşı işgəncələr və qəddar davranışın digər formalarının tətbiqinə görə Rusiyanı məsuliyyətə cəlb etmək.
 
Bundan başqa, Assambleya vurğulayıb ki, beynəlxalq humanitar hüquqa görə, Rusiyanın neft emalı zavodları hərbi hücumların qanuni hədəfləri hesab edilməlidir", - Kravçuk əlavə edib.
Избранный
37
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20932
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19290
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18241
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17621
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16701
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16494
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16086
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15451
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11932
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11255
"Zaur, yenə çaşdın..." - VİDEO
8853
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8832
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8138
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7988
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7470
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7136
Minimum əmək haqqı nə qədər arta bilər?
7069
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6312
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731