RU

Ermənistanda hərbi çağırışçılarla bağlı qaydalar dəyişdirilir

Ermənistan hökuməti hərbi xidmətdən azad olmaq hüququ verən xəstəliklərin siyahısını azaldıb.

Modern.az xəbər verir ki, müvafiq qərar bu gün Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Müdafiə naziri Suren Papikyanın sözlərinə görə, indi bəzi xəstəliklər orduda xidmət imkanını tamamilə istisna etməyəcək və məhdudlaşdırıcı kimi təsnif ediləcək.

Bu rejim kliniki simptomları və patoloji dəyişiklikləri olmayan kistanın mövcudluğunda, həmçinin uroloji və nevroloji xəstəliklərin yüngül formalarında, o cümlədən enurezdə istifadə olunacaq.

Bu hallarda çağırışçılar məhdud şəkildə - döyüş növbətçiliyinə cəlb edilmədən, şəxsi heyətə və ya idarəetmə vasitələrinə komandanlıq hüququ olmadan xidmət edəcəklər.

Baş nazir Nikol Paşinyan xidmətdən azad olunma ilə bağlı şübhəli hallarla bağlı narahatlığını bildirib. O vurğulayıb ki, bu hallarla bağlı məlumatlar adətən hərbi komissarlıq və ya klinikalardan deyil, şəxsi yoxlamaların nəticələrinə əsasən nazirlərdən daxil olur.

“Beş ildir ki, bu strukturlarda işləmiş və heç vaxt belə pozuntular barədə məlumat verməyən şəxslər orada işləməməlidirlər, biz təqsirsizlik prezumpsiyasını pozmuruq, amma günahı sübuta yetirilə bilənlər cəzalandırılacaq”, - deyə baş nazir əlavə edib.

O, Səhiyyə Nazirliyinə və Müdafiə Nazirliyinə həmin əməkdaşların işini yoxlamağı tapşırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
51
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
21693
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12156
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
6556
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5477
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5374
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3846
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3447
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3292
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3131
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2889
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2885
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2687
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2434
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2400
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2035
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1990