Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 39 müdir təyinatı olub.
Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib.
O bildirib ki, həmçinin, 282 tərbiyəçi-müəllim işə qəbul olunub.
"Cari ildə 17 min tərbiyəçi-müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Bu işdən ayrılma, əmək müqaviləsinə xitam verilməsi mənasına gəlmir. Qiymətləndirmə onların peşəkarlaşmasına yardımçı olacaq. Növbəti mərhələdə tərbiyəçilər sertifikasiyaya cəlb olunacaq",- deyə E.Bağırov əlavə edib.
Xəbər yenilənəcək
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Страницы
- Рейтинг
- Погода
- Валюта