RU

"TikTok"a qadağa qoyulacaq? -

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiyada "TikTok" sosial şəbəkəsinin bloklanması gündəmdədir. Eyni zamanda, Qırğızıstanda bu şəbəkəyə qadağa qoyulacağı ilə bağlı rəsmi məlumat verilib. Ölkəmizdə də "TikTok"un bağlanması tez-tez müzakirəyə çıxarılır, son günlərdə bir neçə "tiktoker"in saxlanılması bu müzakirələri daha da artırıb.Bu barədə Metbuat.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, “TikTok”, “Facebook” və başqa sosial şəbəkələrə qadağa qoyulması çıxış yolu deyil:"Burada mövzuya, prosesə hakim olmaq barədə düşünmək lazımdır. “TikTok” və başqa sosial şəbəkələrdə baş verən neqativ hallara daha ciddi nəzarət olunmalıdır. Yoxsa, yeni texnologiyanın bütün nailiyyətlərini qadağan edə-edə müəyyən problemlər də ortaya çıxa bilər. Bu baxımdan məsələləri daha çox qadağa üzərində yox, prosesə nəzarət etmək üzərində qurmaq daha faydalı olar. Təbii ki, başqa ölkələrdə belə təkliflər ola bilər. Amma bütövlükdə biz öz ölkəmizdə yeni texnologiyanın verdiyi İmkanları daha çox səmərəli istifadə etməliyik”.Mövzu ilə bağlı saytımıza danışan Lalə Mehralı isə düşünür ki, pul qazanmaq "TikTok" sayəsində asanlaşdığı üçün, insanlar oturduğu yerdən yaxşı gəlir əldə etdiklərinə görə ora maraq çoxalır:
"Üstəlik normal kontentlər gəlir gətirmədiyi üçün pula görə hər oyundan çıxırlar. Pul qazanmaq niyyəti ilə öz övladını, ailəsini, yaşlı ata və anasını canlı yayıma çıxaran, etik olmayan davranışlar və söhbətlər edən şəxslərin sayı da buna görə getdikcə artır. Övladını canlı yayımda nalayiq ifadələr işlətməyə sövq edən, müxtəlif qeyri-etik hərəkətlər etməyə vadar edən valideynlər əksər hallarda məsuliyyətdən yaxa qurtarmağı bacarır. Çünki bizdə internetdə söyüşə, təhqirə görə o qədər də ciddi cəzalar müəyyənləşdirilməyib. Hətta məsuliyyətə cəlb olunsa belə, cüzi cərimə, yaxud xəbərdarlıq olunmaqla sərbəst buraxılır". Sosioloqun sözlərinə görə, bu sahədə cəzaların sərtləşdirilməsi, artırılmasına ehtiyac var ki, bəzi valideynlər övladlarını nəyə vadar etdiyinin, onların hüququnu necə pozduğunun fərqinə varsın:
"Son olaraq bir "tiktoker"in 30 sutka həbs edilməsinin şahidi olduq, Amma bu adam daha əvvəl cərimə olunsa da, sonra övladını canlı yayıma çıxarıb və etik olmayan danışıqlara yol verdiyi üçün həbs edilib. Həbsdən sonra davranışı necə olacaq, bunu yaşayıb görəcəyik. Amma cəmiyyətimizdə onlara bu qədər hədiyyə, pul göndərən şəxslər olduqca, bu xəmir hələ çox su aparacaq. Şəbəkənin bağlanması effekt verə bilər, amma daha sonra oxşar bir şəbəkə yaradılıb istifadəyə verilməyəcəyinə kim zəmanət verəcək?"

Seyranə Quliyeva / Metbuat.az

Избранный
71
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1308
Azərbaycanda bu məhsul bahalaşdı
1221
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1147
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
999
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
994
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
969
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
966
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
961
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
909
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
896
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
891
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
828
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
780
Helikopter qəzası ilə bağlı yeni xəbər
766
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
739
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
728
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
727
Həlak olan şəxslər sabah dəfn olunacaq
701
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
675
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
661