RU

Almaniyada Rusiya casusluğu ittihamı ilə 2 nəfər həbs edildi

Rusiya vətəndaşlığı olan iki nəfərin Almaniyada xarici məxfi xidmət agenti olduqları səbəbilə həbs edildiyi bildirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin Federal Prokurorluğu açıqlayıb.
 
Məlumatda Diter S. və Aleksandr J. Ukraynanın şərqində rusiyayönlü separatçılar tərəfindən qurulan \"Donetsk Xalq Respublikası (PRD) təşkilatına üzvlük\" və onların Ukrayna ilə əlaqəsi səbəbi ilə həbs edildiyi açıqlanıb.

Daha əvvəl barələrində həbs qətimkan tədbiri seçilən və dünən nəzarətə alınan iki şübhəli hakim qarşısına çıxarılaraq həbs edilib.
 
Bundan əlavə, polis şübhəlilərin yaşayış və iş yerlərində axtarış aparıb.

Şübhəlilər məxfi xidmət agentləri olmaqla yanaşı, terror təşkilatına üzv olmaq, partlayıcı maddələr hazırlamaq, təxribat məqsədilə casusluq fəaliyyətləri, hərbi obyektlərin təhlükəsizliyini təhdid edən fəaliyyətlər kimi müxtəlif hərəkətlərdə ittiham olunurlar.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
87
2
azxeber.com

2Источники