RU

Banklar “batır”: Pullarımızın aqibəti necə olacaq?

Bankların 2024-ci ilin birinci rübünə olan hesabatına əsasən, ölkədə fəaliyyət göstərən və olduqca məşhur olan 3 bankda depozit məbləğlərinin kəskin azalması müşahidə olunub. Silsilə formada çəkilən depozitlərin ümumi məbləği nə az nə çox, 112 milyon manat təşkil edir. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Çox adam son günlər baş verən prosesin bir çox bankların batmasının ilk siqnalları kimi qiymətləndirir. 

Bəs görəsən həqiqətən bankları belə bir təhlükə gözləyir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bəzi banklarda depozit faizləri ilə bağlı kəskin fərqlər meydana gəlib: 

“Məsələ burasındadır ki, bəzi banklarda depozitlərin faizləri ilə bağlı fərqlər yaranmağa başlayıb. Bu fərqlərdən biri də ondan ibarətdir ki, Azərbaycanda çox nüfuzlu banklardan biri, “Kapital Bank” depozit faizlərini 10 faizə qaldırıb. Eyni zamanda bu bank digərlərinə nisbətən daha etibarlı və batma ehtimalı 0-a bərabər olduğu üçün bəzi müştərilər digər banklardan öz vəsaitlərini çıxarıb həmin banka yerləşdirməyə başladılar. Baxsaq görərik ki, “Kapital Bank”da depozitlərdə başqa banklara nisbətən artım müşahidə olunur”. 

Ekspert depozitlərin kütləvi çıxarılmasın digər səbəblərinə də aydınlıq gətirib: 

“Digər tərəfdən vətəndaşlar depozitləri həm də öz ehtiyaclarını ödəmək üçün çıxarır. Maaş və yaxud digər gəlirlər azaldıqca insanlar məcburən depozitlərini xərcləməyə başlayır. Depozitlərin kütləvi formada çıxarılmasında bunun da ciddi təsirləri var. Düşünürəm ki, əsas məsələlərdən biri də məhz elə budur. Vətəndaşların gəliri əgər xərclərini qarşılamırsa, artıq depozitlərdən də istifadə etməyə məcbur qalırlar. Həmçinin xatırlayırsınızsa, yanvar-fevral aylarında valyuta ilə bağlı ciddi ajotaj oldu. Dolların bahalaşacağı və məzənnənin dəyişəcəyi ilə bağlı xəbərlər dolaşdı. Nəticə etibarı ilə, həmin xəbərlər fonunda vətəndaşların bir çoxu manat depozitlərini çıxararaq, daha çox valyutaya çevirməyə üstünlük verdilər”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23426
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12920
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9630
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5590
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5490
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4033
Helikopter qəzası ilə bağlı yeni xəbər
3909
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3671
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3605
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3403
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3318
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3018
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2727
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2603
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2502
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263