RU

Ruslar bizim sayəmizdə sülhməramlı olmağı öyrənirlər...

Bir zamanlar "erməniməramlılar" və ya "sülhməramsızlar" adlandırdığımız Rusiya hərbi kontingentinin torpaqlarımızdan vaxtından tez çıxarılmasına dünya mediasından ən müxtəlif reaksiyalar gəlməkdədir. Əksər reaksiyalar müsbətdir.

Bu olay Ukraynada da maraqla qarşılanıb. Yeri gəlmişkən, Ukrayna saytlarının, ekspertlərinin və blogerlərinin bəziləri bu hadisəni Rusiya sülhməramlılarının Qarabağdan qovulması kimi təqdim edirlər.

Lakin hansı ölkənin necə reaksiya verməsindən asılı olmayaraq bizim üçün ən önəmlisi odur ki, Birinci Pyotrun Qafqaza yürüşləri, həmlələri ilə başlayan 300 illik qanlı münasibətlər erası artıq bitmək üzrədir. Vaxtilə Cənubi Qafqaza qanlı izlərlə gələn ruslar indi torpaqlarımızı dinc yolla tərk edirlər.

Başqa sözlə desək, ruslar bizim sayəmizdə gerçək anlamda sülhməramlı olmağı öyrənirlər. Çünki daim hərbi kampaniyalara və müharibələrə meylli olmuş Rusiyanın zərrə qədər də sülhməramlılıq təcrübəsi yoxdur. Bu mənada Rusiyanın gerçək sülhməramlılığı məhz 17 apreldən başladı.

Biz Kremlin yanaşmalarının, taktikalarının dəyişməsini müşahidə edirik. Moskva Cənubi Qafqazda ənənəvi metodlarla hərəkət etməyin, imperiya təfəkkürü ilə davranmağın həddindən artıq zərərli və səmərəsiz olduğunu, əks effekt verdiyini artıq hiss edir. Və Putin özü də yaxşı başa düşür ki, həm lokal, həm də qlobal müstəvidə rollar və reallıqlar artıq tamamilə dəyişib. Bir sözlə, Kreml Cənubi Qafqaza münasibətdə yeni oyun qaydalarını, yeni davranış fəlsəfəsini mənimsəməyə başlayıb. Rusiya hərbi kontingentinin ərazilərimizi erkən tərk etməsi də bu yeni yanaşmanın ilkin təzahürlərindən biridir.

Biz isə artıq Cənubi Qafqazda tam suverenlik qazanan yeganə ölkəyik. Biz nə Qərbin, nədəki Rusiyanın yanında yer almırıq. Biz belə demək mümkünsə, öz oyunumuzu oynayırıq. Qonşu Gürcüstandan və Ermənistandan əsas üstünlüyümüz də məhz bundadır.

P.S.

Kremlin öz hərbi kontingentini bizim ərazilərimizdən nəyinsə qarşılığında vaxtından tez çıxarması barədə fikirlərə gəldikdə isə, əlbəttə, bu mövzuda kifayət qədər geniş müzakirələr açmaq, arqumentlər gətirmək və yaxud, cürbəcür "komplo teorilər" də irəli sürmək mümkündür. Lakin bütün hallarda əsas məsələ budur ki, bu gün postsovet məkanında bir ilkə imza atıldı, "şimal ayısı" adlandırılan davakar, militarist Rusiya ilk dəfə olaraq öz hərbi kontingentini başqa bir ölkənin ərazisindən qansız-qadasız, dinc şəkildə geri çəkdi. Buna hüquqi dildə presedent də deyirlər. Bunun arxasındakı səbəblər, motivlər və digər amillər isə artıq təfərrüatdır.

Ona görə də gəlin ictimai rəyə "Bu planın arxasında nəsə başqa məqsəd durur", "Yox ee, burda nəsə ayrı iş var", "Rusiya heç vaxt heç bir ölkəni belə sakit və könüllü şəkildə tərk edib getmir" səpkili şübhə toxumlarını səpməklə, Don Kixot kimi yel dəyirmanı ilə boşuna əmək sərf etməyək.

Sözsüz ki, Rusiya tarix boyu hiyləgər və məkrli ölkə kimi tanınıb. Və Rusiya heç bir addımı boşuna atmır. O, bir qlobal güc kimi irili-xırdalı hər bir məsələdə ilk növbədə öz maraqlarını güdür. Və bu da təbiidir. Ancaq biz də artıq kifayət qədər püxtələşmişik. Azərbaycan da istisnasız olaraq öz maraq və mənafelərindən çıxış etmək praktikasını yaxşı mənimsəyib. Ona görə də bu gün Rusiyanın bizimlə vassal kimi davranması, metropoliya ənənəsindən çıxış edib öz şərtlərini qəbul etdirməsi əsla mümkün deyil.

Gəlin özümüzü tarixin qaranlıq dəhlizlərində azdırmayaq. Tarixlə deyil, yeni reallıqlarla mühakimə yürüdək və yolumuza davam edək!

Bəybala Mirzəyev

visiontv.az



Избранный
158
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21234
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19345
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18281
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17685
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16899
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16738
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16108
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15537
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12027
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11277
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9282
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8409
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8009
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7540
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7178
Minimum əmək haqqı nə qədər arta bilər?
7095
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6383
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5777