RU

Professor Lemkinin adından sui-istifadə edilməməlidir

Qərbi Azərbaycan İcması İnstitutun Azərbaycana qarşı qərəzli fəaliyyətini pisləyib

NARDAR

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Həmin dairələr beynəlxalq müstəvidə ölkəmizin imicinə zərbə vurmaq üçün böhtan kampaniyasını davam etdirirlər. Ermənilərə lobbiçilik edən təşkilatlardan biri də ABŞ-da fəaliyyət göstərən Soyqırımın Önlənməsi üzrə  Lemkin İnstitutudur. Lemkin İnstitutu 2021-ci ildə ABŞ-nin Pensilvaniya ştatında qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib və erməni diasporu ilə sıx əlaqələrə malikdir. İnstitutun həmtəsisçiləri Kin Ştat Kolleci və Stokton Universitetinin professoru Eliza fon Coden-Forci və beynəlxalq hüquq professoru və İndiana Universitetinin məzunu İrin Viktoriya Massiminodur. Qurumun missiyası guya soyqırımıların qarşısının alınmasının zəruriliyi ilə bağlı qlobal konsensus yaratmaqdır. Lakin təşkilat elan etdiyi missiyaya zidd olaraq soyqırımına məruz qalan xalqları əsassız olaraq genosid törətməkdə ittiham etməyə çalışır. Bu institut obyektiv fəaliyyət göstərsəydi, ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımına etiraz səsnini ucaldardı. Amma əksinə olaraq təşkilat yarandığı qısa müddət ərzində Azərbaycana qarşı dəfələrlə əsassız iddialarla çıxış edib.  Belə ki, Lemkin İnstitutu tərəfindən hələ 2022-ci ildə “Azərbaycandan erməni soyqırımı təhlükəsi haqqında” adlı hesabat yaymışdı. 14 iyun 2023-cü ildə Lemkin İnstitutu ABŞ Dövlət Departamentinə “Artsaxda yeni erməni soyqırımı təhlükəsi ilə bağlı” açıq məktub göndərmişdi. Ötən ilin sentyabrıda Qarabağın erməni separatçılarından təmizlənməsini də bu QHT “etnik təmizləmə və soyqırımı təhlükəsi” kimi təqdim etmişdi. Həmin il oktyabrın 31-də isə təşkilat “yaxın həftələrdə Azərbaycanın Ermənistana “təcavüzü” ehtimalından “dərin narahatlığını” bildirmişdi.

Son dövrlər “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu” adlı qurum  Azərbaycanı yenə də hədəfə almaqdadır. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması da bəyanat verib. Bildirilib ki, Ermənistanda bir nəfər də azərbaycanlının qalmamasını, bu dövlətin Azərbaycan ərazisini işğal edib orada törətdiyi çoxsaylı soyqırımı aktlarını görməzdən gələn bu kontorun fəaliyyəti demək olar ki, ancaq və ancaq Azərbaycana qara yaxmaqdan ibarətdir. Qeyd edilib ki, qurumun fəaliyyəti haqqında açıq mənbələrdə yayılmış məlumatları diqqətlə gözdən keçirdikdə bu uydurma qurumun canfəşanlığının əsl səbəbləri məlum olur: “Terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə Azərbaycanda istintaq altında olan fırıldaqçı Ruben Vardanyan və digər dələduz Nubar Afyan tərəfindən maliyyələşdirilən bu “institut” əslində muzdlu mirzələrdən ibarət yığıntıdır. Qurumun heyətində E.Poqosyan, L.Mirzoyan kimi erməni diasporunun radikal ünsürlərinin geniş təmsil olunması da təəccüb doğurmur”.

Qərbi Azərbaycan İcması sözügedən dairələrin Azərbaycana böhtan atmalarını və bu iyrənc əməlləri üçün soyqırımına qarşı beynəlxalq mübarizənin formalaşmasında böyük rol oynamış professor Rafael Lemkinin (1900-1959) adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb. İcma dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini radikal erməni millətçi dairələrinin bu cür dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırıb.

Избранный
64
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Bakıda hoteldə yanğın başlayıb
1461
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1052
Bu yol qovşağında təmir işləri aparılacaq
673
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
442
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
402
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
378
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
345
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
324
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
302
Çingiz Mustafayevin toyudur - FOTOLAR
264
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
257
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
240
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
198
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
190
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
158
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
107
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
103