RU

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclasında təmsil olunub

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclasında təmsil olunub.

"APA-Economics" xəbər verir ki, Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun keçirdiyi Yaz Toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası keçirilib.

İclas Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (istixana effekti yaradan qazların azaldılması üzrə dünya ölkələri tərəfindən götürülmüş öhdəliklər) həyata keçirilməsi üçün tələb olunan maliyyələşmə ehtiyacları və bu ehtiyacların təmin edilməsinin səmərəli təşkilinə həsr edilib. İclasda Koalisiyaya üzv ölkələrin maliyyə nazirləri ilə yanaşı, BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva və Dünya Bankının prezidenti Acay Banqa da iştirak edib.

Cari ilin aprel ayında Koalisiyaya müşahidəçi qismində qoşulmuş Azərbaycan Respublikasını sözügedən iclasda maliyyə naziri Samir Şərifov və ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev təmsil edib. M.Babayev iclasda çıxış edərək iqlim məqsədlərinin həyata keçirilməsində aktiv iştirakına görə Koalisiyaya təşəkkür edib və Koalisiya üzvlərini iddialı və ədalətli iqlim maliyyəsi məqsədini təmin edən uğurlu COP29-un həyata keçirilməsində əməkdaşlığa çağırıb.

Hazırda 92 ölkəni üzv kimi birləşdirən İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası iqlim dəyişikliyi ilə bağlı tədbirlərin sürətləndirilməsi üçün maliyyə resurslarının səfərbər edilməsi məqsədilə 2018-ci ildə İndoneziyada keçirilmiş BVF və Dünya Bankının İllik Toplantısı zamanı yaradılıb. Koalisiyanın Katibliyi Dünya Bankının Vaşinqtondakı mənzil qərargahında yerləşir və Dünya Bankı və BVF tərəfindən birgə idarə olunur. Koalisiyanın fəaliyyəti BVF, Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Afrika İnkişaf Bankı Qrupu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı da daxil olmaqla 26 institusional tərəfdaş tərəfindən dəstəklənir.

Koalisiyanın həmsədrləri olan Niderland Krallığı və İndoneziyanın maliyyə nazirlikləri tərəfindən Azərbaycanın da Koalisiyaya qoşulması ilə bağlı dəvət məktubu göndərilib. COP29-a ev sahibliyi edən Azərbaycan Koalisiya ilə fəal əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycan Azərbaycan Azərbaycan
Избранный
137
41
Источники
Комментарий ()
Закрывать

Рейтинг

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19778
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19061
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18119
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17430
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16070
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15933
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15798
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15191
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11692
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11188
"Zaur, yenə çaşdın..." - VİDEO
8785
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7870
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7499
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7465
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7305
Minimum əmək haqqı nə qədər arta bilər?
7000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6834
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6057
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5692