RU

Gürcüstanda etirazlar davam edir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun parlamentin müzakirəsinə çıxarılmasına etirazilar davam edir. Bu gecə minlərlə etirazçı Gürcüstan hökumət binası qarşısına gəlib.

Herbiand.az gürcü mənbələrinə istinadən xəbər verir ki, müxalifətin əsas nümayəndələri ölkənin baş naziri İrakli Kobaxidze ilə görüş tələb edib. Onlar tələblərinin “Rusiya hökumətinə yox” olduğunu bildiriblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi hökumət binası yaxınlığında iki nəfərin inzibati qaydada saxlanıldığını, saxlanılanlardan birindən odlu silah götürüldüyü barədə məlumat yayıblar.

Gürcüstan Prezidenti Salome Zurabişvili etirazları dəstəklədiyini bir daha təsdiq edib və parlamentin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edəcəyi təqdirdə veto hüququndan istifadə edəcəyini açıqlayıb.

Herbiand.az

Избранный
78
Источники
Комментарий ()
Закрывать