RU

Zamiq: “Həyatımdakı çətin günləri kövrələrək yada salmaq istəmirəm”  - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Müğənni Zamiq Hüseynov həyatında keçdiyi çətin günlərdən söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Söhbət var” verilişində deyib. 
 
Z.Hüseynov bildirib ki, vicdanla görülən iş uğur gətirir: 

“Həyatımdakı çətin günlər mənə böyük güc verib. Hansı peşənin arxasınca getmişəmsə orada çalışmışam ki, güclü olum. Heç zaman o günləri kövrələrək, qəmgin notlarla heç kimə çatdırmamışam. Fikirləşirəm ki, bir insan öz peşəsinə sevgi ilə, vicdanla  yanaşırsa mütləq şəkildə uğur tapacaq. Yəni mümkün deyil ki, uğur qazanmasın. O insanlar ki, həvəsdən düşürlər onlar müəyyən yerlərdə səhv edirlər və uğursuzluq onları büdrədir. Vicdanla yaşamaq və işini vicdanla görmək lazımdır”. 

 
Rəşad Əliyev, Bizim.Media

Избранный
72
50
Источники
Комментарий ()
Закрывать