RU

Türkiyədə zəlzələyə görə bu məktəblər bağlandı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Türkiyədə 4,7 maqnitualı zəlzələ olub.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Tokat şəhərinin Sulusaray rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 9,97 km dərinlikdə yerləşib. 

Zəlzələyə görə bu gün Sulusaray, Artova və Yeşilyurt rayonlarında məktəblər bağlanıb.

Tokat valisinin sözlərinə görə, heç bir mənfi hadisə yaşanmasa da, təhlükəsizlik səbəbi ilə belə qərar verilib.

Bizim.Media 

Избранный
172
6
Источники
Комментарий ()
Закрывать