RU

"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq

style='margin-bottom:10px;'>

“Roma”nın müdafiəçisi Evan Ndika Avropa Liqasının 1/4 finalında “Milan”la cavab oyununu buraxacaq. 

QOL.az xəbər verir ki, bu barədə “Football İtaliya” məlumat yayıb. 

Evanın oyunu buraxmağına səbəb onun İtaliya A Seriyasının 32 turunda “Udineze” ilə oyunda huşunu itirməyidir. 24 yaşlı futbolçu artıq müayinədən keçib və onun ürəyində heç bir problem aşkarlanmayıb. Artıq müdafiəçi evə buraxılıb. Evan istirahət etməlidir. Buna görə də o, görə Avropa Liqasının “Milan”a qarşı cavab oyununu buraxmalı olacaq. 

Qeyd edək ki, İtaliya A Seriyasının 32-ci turunda keçirilən “Udineze” – “Roma” matçı Ndikanın huşunu itirməyinə görə dayandırılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
2
teleqraf.com

3Источники