RU

Terrorçuluğu maliyyələşdirən nə vaxtdan Nobel Sülh Mükafatına namizəd irəli sürülür?

O, OLMAYAN ÖLKƏSİ VƏ VƏTƏNİ ÜÇÜN DƏYƏRİ MİLYON DOLLARLA ÖLÇÜLƏN SOSİAL İŞLƏR GÖRƏ BİLƏR, BUNUN SADƏCƏ NOBEL SÜLH MÜKAFATINA LAYİQ GÖRÜLƏCƏK BİR DƏYƏRİ YOXDUR

Deyəsən, doğrudan da, dünyanın sonu yaxınlaşır. Əgər Nobel Sülh Mükafatına insana və insanlığa qarşı yönələn terrorizmə açıq maddi-mənəvi dəstək verən cinayətkar birinin namizədliyi irəli sürülürsə, deməli, sözün bitdiyi yerdəyik. Bu məsələnin üzərindən səssiz də keçmək olardı. Lakin Bakıda həbsdə olan qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma “dövlət naziri” olmuş Ruben Vardanyanın 2024-cü il üçün Nobel Sülh Mükafatına namizəd göstərilməsinin elm adamlarını daha çox narahat etməli məsələ olduğunu nəzərə alaraq Nobel mükafatçılarının həyat və elmi fəaliyyətini yaxından izləyən bir elm adamı olaraq bəzi məqamları xatırlatmağı özümə borc bildim. Çünki göz görə-görə dünya elm adına rəzalət nümayiş etdirmək istəyirlər. Onsuz da tarixən bu mükafatın verilməsində Azərbaycana münasibətdə yol verilən  ayrı-seçkiliyi, ikili yanaşmanı akademik Yusif Məmmədəliyevin timsalında bilirik. “Onun dünya miqyaslı elmi nailiyyətlərinin sülhə yox, hərbə xidmət edib, deyə Nobel mükafatına layiq görülə bilməz” ittihamı ancaq müsəlman alimə ünvanlana bilərdi.

İndi isə söhbət Nobelin Sülh Mükafatından gedir ki, onu ifadə edən cümlənin mübtədası da, xəbəri də sülhə töhfə vermək deməkdir, daha terrorizmə yox. Yenə bu addımı Ruben Vardanyanın cinayət şərikləri və ya ölkəsinin elmi, ictimai qurumları, yaxud da çıxan xəbərlərdə deyildiyi kimi, bir sıra “siyasi və ictimai xadim” atsa, başa düşmək olardı. Yoxsa, onun namizədliyi, o cümlədən “Nobel Sülh Mükafatı laureat”ı tərəfindən onun “xeyriyyəçilik” və “humanitar” fəaliyyətinin əsas götürülüb 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilməsi artıq alim, elm adamına böyük həqarətdir.

Ölkəsi iddia edir ki, Ruben Vardanyan tərəfdaşları ilə birlikdə Ermənistanda ümumilikdə 700-ə yaxın layihə həyata keçirib. O, olmayan ölkəsi, olmayan vətəni üçün dəyəri milyon dollarla ölçülən işlər görə bilər, bunun Nobel Sülh Mükafatına nə aidiyyəti var?

Bilənlərə xatırlatmaq, bilməyənlərin diqqətinə çatdırmaqda fayda var ki, Nobel Sülh Mükafatı — dünyada sülh və əmin-amanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir. Başqa sözlə, bu ali, yüksək səviyyəli mükafatın Əsasnaməsində açıq mətnlə qeyd edilir ki, sülh üzrə Nobel mükafatı Norveç Nobel Komitəsi tərəfindən "Millətlər arasındakı qardaşlıq, daimi orduların ləğvi və ya azaldılması və sülh qurultaylarının keçirilməsi və təşviqi üçün ən çox və ya ən yaxşı işlər görmüş şəxsə" verilir. Ona görə, məhz bu amilə görə 1901-ci ildə Fransız iqtisadçı Frederik Passi ilə dünya şöhrətli isveçrəli xeyriyyəçi, iş adamı Anri Dünana ilk dəfə Nobel Sülh Mükafatı  veriləndə onların hansısa ölkələrində yerinə yetirdikləri sosial layihəyə yox, dünyəvi xarakter daşıyacaq sülhə doğru mübarizəni fəal dəstəklədiklərinə və ən əsası Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının qurucuları olduqları üçün verilmişdir.

Götürsək elə sonuncu dəfə 2021-ci ildə filippinli Mariyya Ressa ilə rusiyalı Dmitri Muradova da bu mükafat hər hansı yerli fəaliyyətlərinə görə yox, demokratiya və davamlı sülh üçün bir şərt olan söz azadlığını müdafiə etmək səylərinə görə təqdim olunub.

Ruben Vardanyan isə bütün fəaliyyətində terrorizmə, separatizmə, millətlərarası, xalqlararası münaqişəni alovlandırmağa üstünlük verib. Mənim anlamımda Ruben Vardanyanın erməni terrorçusu, ASALA terror təşkilatının yaradıcılarından, Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara işgəncə verilməsində çox fəal iştirak etmiş qatil Monte Melkonyan kimi canilərdən  heç nəyi ilə fərqlənmir. Sadəcə Monte cinayəti bilavasitə özü törədəndirsə, Ruben də onu və onun kimi terroristləri maliyyələşdirib, yeni-yeni cinayətlərə həvəsləndirirdi. Əgər belə olmasaydı, təbii ki, hazırda o, qondarma rejimin keçmiş “liderləri” ilə birlikdə Bakıda həbsdə olmazdı. Barəsində qaldırılan cinayət ittihamlarından həm terrorçuluğu maliyyələşdirmə, həm də qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştiraketmə onu Nobel Sülh Mükafatına namizəd irəli sürmək istəyənləri fikirlərindən daşındırmalıdır. Yox, əgər, bu siyasi kampaniya Ruben Vardanyanı bu yolla cəzasını çəkmədən azad etmək üçündürsə, yenə də yanılırlar. Çünki onu haqq-ədalətin mühakiməsinə təslim edən Ali Baş Komandanımız İlham Əliyevin sözü imzasıdır. O, deyibsə cinayətkar cəzasız qala bilməz, onda Ruben təcridxanada oturub barəsində çıxarılacaq ədalətli hökmü gözləsin. Belə ucuz senarilərlə yazılan şou-tamaşaya ehtiyac yoxdur.

Nobel Sülh Mükafatına gəldikdə, bu il ona layiq yeganə şəxsiyyət Azərbaycan Prezidenti İlham Əliyevin özüdür. O, misilsiz fəaliyyəti ilə Cənubi Qafqazda kök salan 200 illik separatizmi bir sinif kimi ləğv edib, regiona əbədi sülh gətirib. Dünyaya nümunə olacaq bundan sülpərvər fəaliyyət ola bilməz. İndi Bu məsələdə söz sahibi olan Nobel Mükafat Komitəsinin yol verdiyi yanlışlığı aradan qaldırması üçün real imkan yaranıb. Təklif vermək bizdən, qərar vermək sizdən, buyurun!!!

Əfsun Sucayev,
YAP İdarə Heyətinin üzvü,
elmlər doktoru, professor

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
14119
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11468
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5252
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5204
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3622
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3160
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3157
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2938
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2671
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2361
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2239
Hidayət Heydərov dünya çempionu oldu
2016
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
1999
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
1993
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1831