RU

Uşaqlar idmana hansı yaşda başlamalıdır?

İdmanın insan həyatındakı rolu çox önəmlidir. 

Kompüter və televizorun həyatımıza daxil olması ilə uşaqlar idmandan uzaq, oturaq həyat tərzinə keçid ediblər.

Bəs, uşaqlar üçün idmanın faydaları nələrdir? 

Uşaqlara idman müəllimi seçərkən nələrə diqqət etməliyik?

Idman məşqçisi Elnur Əliyev Hit.az-a şərhində deyib ki,  idmana nə qədər tez başlanarsa, bir o qədər faydalı olar. İdman insanın beyninin və zehninin inkişafına müsbət təsir göstərir və ruh yüksəkliyi yaradır. Lakin uşaqları çox erkən yaşda idmana göndərmək düzgün hesab olunmur: 

“Bir çox hallarda uşaq idmana hazır olmadıqda valideyn uşağı zorla idmana məcbur edir. Məcburiyyətdən edilən idmanın isə uşağa heç bir faydası yoxdur. Əksinə, valideynlər uşaqlarına idmanın faydaları barədə məlumat verməli və uşaq bunu özlüyündə dərk etməlidir. Bəzən uşaqların hansı idmanın nəyə faydalı olduğu haqqında informasiyası da olmur.  Bunu heç  dərk də  etmirlər. Məcburiyyət və valideyn basqısından sonra isə uşaqlarda idmana qarşı həvəs ölür. İnsan psixologiyası belə bir funksiyaya malikdir ki, zor, təpki, basqı altında olan bir şeyə qarşı onda aqressiya və mənfi assosiasiya yaranır. Bu isə özünü bütün yaş dövrlərində göstərə bilər”.

Həmsöhbətimiz hesab edir ki, uşağın xarakterinə uyğun olaraq, idman növü seçilməlidir. Suyu sevməyən bir uşağı üzgüçülüyə göndərməyin heç bir mənası yoxdur. 3-4 yaşından etibarən uşağı idmana göndərmək məqsədəuyğun hesab olunur: 

“Bu isə peşəkar idman müəllimləri tərəfindən həyata keçirilməlidir. Onu da deyim ki, yanlış seçilmiş idman növləri orqanizmdə müxtəlif xəstəliklərə səbəb ola bilər”.

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
109
23
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
18772
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11915
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5375
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5291
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
4521
Rəisi öldü, Pakistanda matəm elan edildi
3754
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3312
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3232
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3034
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2800
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2671
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2642
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2378
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2276
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2026
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1930