RU

Samir Abbasov: Türkiyədə Azərbaycanın milli-mədəniyyəti, dili, tarixi geniş təbliğ olunacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində yeni fəaliyyətə başlayan Mədəniyyət Mərkəzi ölkəmizin milli-mədəniyyəti, tarixi, dilimizin təbliği istiqamətində çox böyük layihələr planlaşdırır.

Bu barədə "Report"un Ankara bürosuna Mərkəzə yeni direktor təyin olunan Samir Abbasov bildirib.

Mərkəzin yaradılması ilə bağlı 6 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını xatırladan Samir Abbasov sənəddə də bütün bu məsələlərin qeyd olunduğunu vurğulayıb:

"Qarşıda bizi çox böyük işlər gözləyir. Əlbəttə, Türkiyə ilə Azərbaycanın qardaşlığı çox yüksək səviyyədə hər iki ölkə liderlərinin timsalında əks olunur. Əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə qədər yüksəldən Şuşa Bəyannaməsi kimi tarixi müqavilə də bunun təsdiqidir. Bu baxımdan Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində yaradılan Mədəniyyət Mərkəzi mədəniyyət və incəsənət sahələrində dövlətlərimiz arasında bu dostluğu, qardaşlığı daha da inkişaf etdirəcək, önəmli addımların atılmasına xidmət edəcək. Qarşıdakı layihələrimizdə biz də milli mədəniyyətimizin təbliği, xalq diplomatiyası, qardaş türk xalqlarının bir-birini daha da yaxından tanıması, Azərbaycanın tarixini, dilini, mənəvi dəyərlərini Türkiyədə, ölkənin regionlarında daha yaxından tanıdılması istiqamətində kompleks fəaliyyət həyata keçirməyi planlaşdırırıq”.

S.Abbasov deyib ki, bu işlərin reallaşması üçün Türkiyədə yaşayan azərbaycanlı ziyalıların, elm adamlarının, incəsənət və mətbuat nümayəndələrinin də dəstəyinə ehiyac var: “Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında irəli sürülən bütün təklifləri nəzərdən keçirib, dəyərləndirməyə hazırıq”.

Qeyd edək ki, S.Abbasov bundan əvvəl Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru olub.

Избранный
89
Источники
Комментарий ()
Закрывать

Рейтинг

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
387
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
380
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
298
Azərbaycanda bu məhsul bahalaşdı
276
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
267
Helikopter qəzası ilə bağlı yeni xəbər
254
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
254
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
251
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
249
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
221
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
216
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
209
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
209
Həlak olan şəxslər sabah dəfn olunacaq
183
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
180
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
176
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
151
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
150
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
149
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
132