RU

Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

Rusiyadan Azərbaycana idxal edilən dondurulmuş toyuq məhsulundasalmonella aşkarlanıb.

Bu barədə Trend-ə AzərbaycanQida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, “Ladess Group” MMC-nin Rusiya Federasiyasındanidxal etdiyi "Stavropolskiy Broyler" MMC-nin “Nevinnomısskiy”filialının istehsalı olan ümumi çəkisi 19,2 ton dondurulmuş toyuqfilesi məhsulundan nümunələr götürülərək Azərbaycan QidaTəhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdimedilib.

Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonellabakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulungömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhvolunması barədə qərar qəbul edilib.

Məqalədə:
Избранный
27
34
Источники
Комментарий ()
Закрывать