RU

"Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin də fəaliyyətinə xitam veriləcək"

"Yaxşı yadımdadır, Rusiya hərbi kontingenti 10 noyabr 2020-ci ildə Qarabağa daxil olanda şovinist Vladimir Jirinovski Rusiya televiziya kanallarından birində bağırırdı: “Biz Qarabağa həmişəlik daxil olduq, çıxmayacağıq”. Heyf, Jirinovski bu günləri görmədi. Bizim aramızda da Rusiya hərbi kontingentinin Qarabağdan çıxmayacağına inananlar var idi. Mən hər zaman ümidli idim və hesab edirdim ki, 2020-ci il 10 noyabr bəyanatındakı “Rusiya hərbi kontingentinin 5 illik müddətinin bitməsinə 6 ay qalmış tərəflərdən biri xitam verərsə, sülhməramlılar bölgəni tərk etməlidirlər” bəndi Azərbaycanın xeyrinə işləyəcək. Bu bəndi mətnə əlavə edən Azərbaycan Prezidenti İlham Əliyevin də məqsədi Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini limitləşdirmək idi.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

"Rusiya hərbi kontingenti Qarabağa ayaq basan kimi ermənilər rus hərbçilərini gül-çiçəklə, tortla qarşılamışdılar. Onlar da Jirinovski kimi düşünürdülər ki, Rusiya hərbi kontingenti bölgədə əbədi qalacaq və separatizmə dəstək olacaq. 19 sentyabr 2023-cü il anti-terror əməliyyatı ermənilərin illüziyalarına son qoydu. Erməniləri Qarabağa 200 il əvvəl Rusiya imperiyası köçürmüşdü. Erməniləri silahlandıran da Rusiya imperiyası olmuşdu. SSRİ dövründə də Moskva erməniləri himayə edir və yenidənqurmanın son illərində yenidən onları silahlandırmışdı. Xocalı soyqırımında Rusiyaya bağlı tank alayı iştirak etmişdi. 2020-ci ilin sentyabrında Qarabağa ayaq basan rusiyalı hərbçilər yenə də keçmişdə olduğu kimi separatçılarla əlbir oldular, hərbi texnikalarını müşayiət edirdilər. Hamısı bitdi, Rusiya bazalarının, hərbi kontingentlərinin Azərbaycanda varlığı dövrü geridə qaldı, bircə qaldı Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə birgə monitorinq mərkəzi, onun da fəaliyyətinə bir müddət sonra xitam veriləcək", - politoloq qeyd edib.

Tarix: 17 Aprel 2024, 18:31   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
116
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23529
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13038
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9924
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5661
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5499
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Helikopter qəzası ilə bağlı yeni xəbər
4530
Rəisi öldü, Pakistanda matəm elan edildi
4061
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3689
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3636
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3416
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3334
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3028
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2732
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
2646
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2627
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2503