RU

"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib

 
"Odun üstünə yağ tökmək deyil, diqqəti ümumi sülhə və sabitliyə yönəltmək gərəkdir..."
 
"Çin Rusiyaya idxal edilən  çiplərin 90 faizini tədarük edib və bunlar tank, raket və təyyarələr istehsalı üçün istifadə edilib..."
 
Pekin Ukraynada müharibənin sülh yolu ilə həlli və həm Rusiya, həm də Ukraynanın tanıdığı bütün tərəflərin iştirakı ilə beynəlxalq sülh konfransının keçirilməsi  üzrə bütün tədbirlərə dəstək verir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Der Şpiegel" nəşri Almaniya kansleri Olaf Şoltsun Çinə səfərinin yekunlarına dair məqaləsində ÇXR Sədri Si Tszinpindən iqtibas gətirib.
 
Çinə üçgünlük səfərinin sonunda Almaniya kansleri Pekində Çin lideri Si Tszinpinlə görüşüb.
 
Görüşün əvvəlində Si Tszinpin iki ölkə arasında sıx əməkdaşlığa çağırış edib.
 
"Biz birlikdə Yer kürəsində böyük sabitliyi və təhlükəsizliyi təmin edə bilərik. Biz qarşılıqlı hörmət, ixtilaflara rəğmən, təmas nöqtələrinin axtarışı prinsiplərinə söykənərək ikitərəfli münasibətlərimizi sabit şəkildə inkişaf etdirməkdə davam edə bilərik", - Si Tzsinpin bəyan edib.
 
Şolts qısa bəyanatında söhbətin əvvəlində üç mövzuya-Ukraynada müharibə, iqlimin mühafizəsi və iqtisadi əməkdaşlığa toxunub.
 
O, vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və Rusiyanın yenidən silahlandırılması Avropada təhlükəsizliyə əhəmiyyətli neqativ təsir göstərib.
 
"Bunlar birbaşa olaraq bizim əsas maraqlarımıza toxunur. Dolayısı ilə bunlar bütün dünya düzəninə zərər vurur, çünki BMT Nizamnaməsini, dövlət sərhədlərinin toxunulması prinsipini pozur", - o, deyib.
 
Şolts xatırladıb ki, özünün Çinə sonuncu səfəri zamanı Si Tszinpinlə birgə anladıb ki, nüvə silahı ilə təhdid etmək olmaz.
 
"Mən bu gün Sizinlə Ukraynada ədalətli sülhə öz böyük tövhəmizi necə verə biləcəyimizi müzakirə etmək istətərdim", - kansler bəyan edib.
 
Şolts həmçinin Çinlə iqlimin mühafizəsi sahəsində daha sıx əməkdaşlığa çağırış edib.
 
Çin Ukrayna üzrə beynəlxalq sülh konfransının keçirilməsini dəstəkləyir, lakin Rusiyanın da iştirak etməsini istəyir. Bu barədə Si Tszinpin bəyan edib.
 
Görüş zamanı Si Tszinpin tezliklə sülhün bərpasına və münaqişənin nəzarətdən çıxmasına yol verməmək üçün bütün tərəflərə birgə işləməyə çağırış edib.
 
Çin sülh nizamlanması üzrə, habelə bütün tərəflərin iştirakı ilə həm Rusiya, həm də Ukraynanın tanıdığı beynəlxalq sülh konfransının keçirilməsi üzrə bütün səylərə dəstək verir", - Si Tszinpin bəyan edib.
 
O, qeyd edib ki, Ukraynada sülhü bərpa etmək üçün aşağıdakı prinsiplərə əməl etmək lazımdır:
 
"Birincisi, təkəbbürlü maraqları güdmək deyil, diqqəti ümumi sülh və sabitliyə yönəltmək gərəkdir.
 
İkincisi, odun üstünə yağ tökmək deyil, vəziyyəti sakitləşdirmək lazımdır.
 
Üçüncüsü, münaqişələrin daha da intensivləşdirməyə kömək etmək deyil, sülhün bərpası üçün şərait yaratmaq gərəkdir.
 
Dördüncüsü, dünya iqtisadiyyatına neqativ təsiri azaltmaq və qlobal sənaye tədarükü zəncirinin pozulmasından yan keçmək lazımdır", - o, deyib.
 
Çinin Rusiyaya müharibədə yardımı
 
ABŞ Çini Rusiyaya qanadlı raket və dronlar üçün mühərriklər, habelə ballistik raketlər üçün dəzgahlar tədarük etməkdə ittiham edib, həmçinin Avropaya bu tədarükləri dayandırmaq üçün Pekinə diplomatik və iqtisadi təzyiqi artırmağa çağırış edib.
 
"Financial Times" nəşri yazıb ki, açıqlanan məxfi kəşfiyyat məlumatlarına istinadən ABŞ-ın yüksək vəzifəli məmurları bəyan edib ki, Çin və Rusiya qrupları Rusiya ərazisində birgə dronlar istehsalı üzərində işləyir.
 
Onlar bəyan edib ki, ötən il Çin Rusiyaya idxal edilən çiplərin 90 faizini tədarük edib və bunlar tank, raket və təyyarələr istehalı üçün istifadə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24237
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13596
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11631
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8040
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5854
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5780
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5590
Rəisi öldü, Pakistanda matəm elan edildi
5492
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4007
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3817
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3737
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3567
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3356
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3124
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2787
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2558