RU

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev “Şuşa şəhərinin 2024-cü il üçün “İslamƏməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlıtədbirlər haqqında” Sərəncam imzalayıb.

Trend xəbər verir ki, 2023-cüil noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərindəkeçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyəŞurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşaşəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü ilüçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi iləbağlı fəaliyyət planı hazırlayıb həyata keçirmək və bu Sərəncamdanirəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
49
Источники
Комментарий ()
Закрывать