RU

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Osman

Ankara, 17 aprel, AZƏRTAC

Türk dünyasında ümumı dil orfoqrafiyası anlayışı formalaşmalıdır. Bu istiqamətdə iradə mövcuddur və həmin məqsədə nail olacağımıza inanıram.

AZƏRTAC xəbər verir ki, bu fikri Türk Dili Qurumunun sədri professor Osman Mert səsləndirib.

Türk Dövlətləri Təşkilatı nəzdində türk dili ilə bağlı əməkdaşlıq platformasının yaradılması istiqamətində iş aparıldığını qeyd edən Osman Mert Türk Dil Qurumunun da bu istiqamətdə çalışdığını və mövzunun son olaraq Azərbaycan və Qazaxıstan nümayəndələri ilə müzakirə edildiyini bildirib.

Hər dilin orfoqrafiya lüğətlərinin müəyyən illərdə dövrün tələblərinə uyğun yenidən nəşr edildiyinə diqqət çəkən professor Türk dilinin orfoqrafiya lüğətinin ümumilikdə yeddi dəfə yeniləndiyini xatırladıb. Son variant isə 2012-ci ildə hazırlanaraq işıq üzü görüb.

“Hesab edirəm ki, orfoqrafiya lüğətləri daha standart və sadə olmalıdır. Bununla bağlı fəaliyyət prosesinə media qurumları və digər müvafiq strukturlar də cəlb edilməlidir. Belə olarsa, lüğət daha geniş zəmində formalaşacaq. Biz bütün təcrübəmizi qardaş dövlətlərlə də bölüşməyə hazırıq”, - deyə Türk Dili Qurumunun sədri vurğulayıb.

Ramin Abdullayev

AZERTAC -ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24514
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13898
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12447
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9487
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6670
Rəisi öldü, Pakistanda matəm elan edildi
6281
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5859
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5629
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
5077
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4116
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4068
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3896
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3686
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3548
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3205
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2834
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797