RU

Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq

Ölkənin ikinci ən böyük kanalı olan Yuxarı Şirvan suvarma kanalı 1958-ci ildə istifadəyə verilib. Məcralı başlanğıcını Mingəçevir su anbarından götürən bu kanal Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Kanalın suötürmə qabiliyyəti saniyədə 78 kubmetr və uzunluğu 122 kilometrdir. Kanal 65 ildən artıq fasiləsiz istismar edildiyindən illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək funksiyalarını itirməsinə səbəb olub. Bunun da nəticəsində həmin ərazidə mövcud əkin sahələrinin vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb, bölgənin suya daim artan tələbatının ödənilməsindəki gərginliyi daha da dərinləşdirməklə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.
Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.
Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub. Təməlqoyma mərasimində çıxış edən dövlət başçısı üç ildən sonra,  2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışının keçiriləcəyini əminliklə bildirib. Qeyd edilib ki, kanalın istifadəyə verilməsindən sonra ərazidə əkin sahələri iki dəfədən çox artırılacaqdır. Prezident İlham Əliyev bildirib ki, “İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır”.
Vurğulanıb ki, vaxtilə Yuxarı Qarabağ kanalı adlanan Qarabağ kanalının inşası ilə əlaqədar dövlət başçısı tərəfindən Sərəncam imzalanıb. Yaxın vaxtlarda texniki-iqtisadi əsaslandırma işləri aparılacaq və onun nəticəsində yeni layihə işlənib hazırlanacaqdır. Qarabağ kanalının inşası gələn il üçün nəzərdə tutulub. Kanal 115 min hektarı əhatə edərək 9 rayonun əkin sahələrini suvarma suyu ilə təmin edəcəkdir. Beləliklə, burada 10 rayon Şirvan kanalı, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaqdır.
Ölkədə qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi – bütün bu amillər inkişafın göstəriciləridir. Həmçinin, iqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən Azərbaycanda böyük narahatlıq vardır. Bu il kifayət qədər qar, yağış yağmışdır və ölkədəki su hövzələrində və su anbarlarında kifayət qədər su toplanıb. Təəssüf ki, əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Dağlarda daha az qar yağırdı, çaylarda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylar quruyurdu. Bu gün Xəzər dənizinin dayazlaşması göz önündədir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək ölkə qarşısında duran başlıca vəzifələrdəndir.
Vaxtilə Ermənistan tərəfindən ərazimizin bir hissəsinin işğalı ilə təkcə bizim torpaqlarımız yox, həm də su resursları da işğal edilmişdi. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində isə Azərbaycan öz su mənbələrinə tam sahib oldu. Hesablamalara görə Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkənin ümumi su resurslarının 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır.
Dövlət başçısının öz çıxışında qeyd etdiyi kimi, “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.

image-2
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
103
20
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
15417
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11594
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5287
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5215
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3649
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3199
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3182
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2979
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2701
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2367
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2249
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2196
Hidayət Heydərov dünya çempionu oldu
2018
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1857