![Qazaxıstanlı](https://azertag.az/files/2024/1/1200x630/17133466421567427774_1200x630.jpg)
Bakı, 17 aprel, AZƏRTAC
Qazaxıstan Milli Aqrar Universitetinin və Qazaxıstan Milli Aqrar Tədqiqatlar Universitetinin alimləri “Qərbi Qazaxıstan regionunun yaşıl inkişaf kontekstində təbii-təsərrüfat və sosial-iqtisadi sistemlərin dayanıqlı inkişafı: kompleks təhlil, konsepsiya, proqnoz qiymətləndirmə və ssenarilər” mövzusunda qrant layihəsi əsasında Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi təcrübədə olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, direktor Əlövsət Quliyev qonaqlara rəhbəri olduğu elmi müəssisədə COP29-la bağlı görüləcək işlər barədə məlumat verib və yeni tədqiqatların işğaldan azad olunmuş torpaqlarda aparılacağını bildirib. Görüşdə laboratoriya müdirləri ayrı-ayrılıqda elmi fəaliyyətləri haqqında məlumat verərək nəşr olunmuş bəzi monoqrafiyaları Qazaxıstan alimlərinə təqdim ediblər.
Sonda qonaqlara sertifikatlar təqdim edilib.