RU

Aytən Səfərova ağır yol qəzası keçirdi: Yaralılar var

Teleaparıcı Aytən Səfərova yol qəzası keçirib. Aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobil 8 Noyabr prospektində digər maşınla toqquşub.Qəza nəticəsində avtomobildə olan 5 nəfər xəsarət alıb. Yaralılar Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin, 18 yaşlı oğlanın vəziyyəti ağırdır.

A. Səfərova isə yüngül xəsarət alıb. Məlumata görə, yaralılardan üçü qız, ikisi oğlandır.


Şahanə Rəhimli
AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
1
azvision.az

2Источники