Türkiyədə UEFA Konfrans Liqasının yayım hüquqlarına sahib olan Acun Ilıcalı "Survivor" yarışmasında türk azarkeşlərini sevindirən qərarını açıqlayıb.
Reyting.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Konfrans Liqasının 1/4 finalında "Fənərbağça" ilə "Olimpiakos" arasında keçiriləcək cavab matçının sahibi olduğu TV8-də şifrəsiz yayımlanacağını bəyan edib.
Xatırladaq ki, oyun 18 aprel, saat 23.00-da İstanbulda keçiriləcək.
Onu da qeyd edək ki, ilk oyunda "Fənərbağça" 3:2 uduzub.