- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Rusiya Aerokosmik Qüvvələrinin (VKS) aviasiyası Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində Nyu-York kəndinə zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə "Rus baharının hərbi müxbirləri" "Telegram" kanalı məlumat yayıb.
Mənbə bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) kənddə görünən texnikası RBK-500 aviabombaları ilə hücuma məruz qalıb.
Kəndin qeyri-adi adı onun tarixi ilə bağlıdır. Nyu-York qəsəbəsi II Yekaterina tərəfindən Rusiyaya dəvət edilən mennonitlər tərəfindən salınıb. Sonralar Novqorodskoye adlandırılıb, lakin 2021-ci ildə tarixi adı qəsəbəyə qaytarılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.