RU

"Dünya savaşı başlayıb, avtokratiyalar bunu anlayıb, Qərb isə xəyallar aləmindədir" - "The Telegraph"

"Qərb reallığı dərk edib, Ukrayna müharibəsinin qlobal xarakter daşıdığını anlayarsa, Rusiya tez bir zamanda məğlubiyyətə uğraya bilər və bu, başqaları üçün dərs ola bilər..."
 
Təcavüzkarların fəal şəkildə bir-birinə kömək etdiyi və səylərini birləşdirdiyi zaman Qərb indiyədək Ukrayna və İsraildə baş verən hadisələri regional münaqişə adlandırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
 
Üçüncü dünya savaşı artıq başlayıb, Rusiyanın Ukraynada təcavüzü bunun bir hissəsidir. Lakin hələlik yalnız təcavüzkarlar bu hadisələri ciddi qəbul edir.
 
"Xoşumuza gəlsə də, gəlməsə də, Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsi dünya savaşının bir hissəsidir. Bu, avtoritar dövlətlər kvartetinin dünya demokratiyasına qarşı dayanmasıdır.
 
Bunlar Rusiya və onun Çin, İran və Şimali Koreya kimi müttəfiqlərinin Ukrayna və onun müttəfiqlərinə qarşı savaşda Qərb demokratiyalarının əksəriyyəti və zaman-zaman Birləşmiş Ştatlardır", - məqalədə deyilir.
 
Müəllif qeyd edir ki, adıçəkilən avtokratiya dördlüyü hələlik özünü elə aparır ki, sanki müharibə həqiqətən qlobal xarakter daşıyır. 
 
Nə qədər ki, Qərb də bunu belə anlamayacaqsa, Ukrayna əlverişsiz vəziyyətdə qalacaq. Lakin əgər Qərb reallığı dərk edərsə, Rusiya tez bir zamanda və uzunmüddətli məğlubiyyətə uğraya bilər və bu, başqaları üçün dərs ola bilər, məqalə müəllifi buna əmindir.
 
Nəşr qeyd edir ki, Rusiya öz müttəfiqlərini səfərbər edərək o cümlədən İrandan "Shahed"lər, KXDR-dən artilleriya mərmiləri, Çindən sənaye komponentləri əldə edir, bu zaman Qərb obıvateli Ukraynadakı savaşa iki döyüşən dövlətin regional mühahisəsi kimi baxır.
 
"Dünyanın ən güclü avtokratiyaları Ukraynadakı müharibəni dünya savaşı kimi qəbul edir. Onlar Rusiyaya dəstək verərək Rusiya kimi ölkələrin gücünü təsdiq etməklə istədikləri zaman və istədiyi yerdə hücum etməyi, qəsb etməyi və məhv etməyi düşünür.
 
ABŞ-da respublikaçılar oktyabr ayından Ukraynaya yardımı bloklayır və qismən özünün təcridini müdafiə edir, iddia edir ki, Ukraynada müharibə yalnız Ukraynaya aiddir. Bu, təkcə Amerikaya aid deyiıl. Bu, dəqiq Tehranın, Pxenyanın, Pekinin  gördükləri deyil", - məqalədə deyilir.
 
Ukraynada müharibə-qlobal aspekt
 
Xəbər verildiyi kimi,
Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələri səbəbindən Ukrayna ilə ABŞ arasında gərginlik güclənir.
 
Bayden administrasiyası bunu ağılsız və qiymət artımına gətirib çıxarmaq iqtidarında olduğunu hesab edir. Bu da öz növbəsində Ukrayna rəhbərıyini qıcıqlandırır.
 
Həm də xəbər verilib ki, Qərb Afrikanı rüsvayçılıqla itirir, orada Rusiya öz iştirakını xeyli gücləndirib və qitənin bütöv regionlarına nüfuz edir.
Избранный
136
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26740
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26370
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18131
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17174
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14421
Sabah 20 dərəcə isti olacaq
9691
May ayında Azərbaycana qar yağdı - VİDEO
8829
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8598
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8492
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8409
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7237
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7144
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6963
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6916
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6601
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6490
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6444
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6038
Azərbaycan nefti ucuzlaşıb
5996
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5871