RU

Asiya Çempionlar Liqasının yarımfinal oyunu daşqın səbəbindən təxirə salınıb

Asiya Çempionlar Liqasının yarımfinal mərhələsinin \"Əl-Əyn” (Birləşmiş Ərəb Əmirlikləri) – \"Əl-Hilal” (Səudiyyə Ərəbistanı) oyunu təxirə salınıb.

Buna səbəb Dubayda daşqının baş verməsi olub.

Güclü yağış şəhərdə daşqınlara yol açıb. Bunu nəzərə alan Asiya Futbol Konfederasiyası qarşılaşmanın aprelin 17-nə təxirə salınmasını qərara alıb.

Yarımfinalın digər cütündə isə Cənubi Koreyanın \"Ulsan” və Yaponiyanın \"Yokohama” komandaları üz-üzə gələcəklər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
3
azxeber.com

4Источники