- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Qusar rayonu üzrə də on birincilərin 10 mart buraxılış imtahanında ən yüksək nəticə əldə edən şagirdin adı açıqlanıb.
Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Qusar şəhər İmran Hacıyev adına 5 saylı tam orta məktəbin şagirdi Rizvan Aydın oğlu Şıxverdiyev buraxılış imtahanında 293 bal toplayıb.
Qeyd edilib ki, rayon üzrə maksimal balı (300 bal) toplayan 11-ci sinif şagirdi olmayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.