- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Ukrayna prezidenti Volodimir Zelenski ölkədə səfərbərlik prosedurunu sərtləşdirən qanunu imzalayıb.
Bu barədə "Strana.ua" Ali Radanın saytındakı qanun layihəsinə istinadən məlumat yayıb.
Ukrayna Ali Radası aprelin 11-də yekun oxunuşda səfərbərliyi sərtləşdirən qanunu qəbul edib. Yenilik səfərbərlik tədbirlərinin həyata keçirilməsi prosedurunu, o cümlədən yayınmalara görə cəzaları sərtləşdirir, səfərbərliyə məruz qalan şəxslərin kateqoriyalarını dəqiqləşdirir. Qanun tərxis olunma müddəalarını nəzərdə tutmur.
Mövsüm