İsfahan, Məşhəd, Həmədan və Zəncan şəhərlərinin həbsxanalarında saxlanılan 9 məhkum edam edilib.
Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.
Edam edilənlərin narkotik maddələrin alveri və qətldə günahlandırıldıqları bildirilib.
Eyni halda Kərəc və Rəşt şəhərlətinin həbsxanalarında 6 məhkumun edam qabağı hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.
Qətldə ittiham olunan 30 yaşlı Əfqanistan vətəndaşı Əbuzər Salimin də adı edam edilənlər siyahısında var.
Qeyd edək ki, 2023-cü ildə İran həbsxanalarında 834 məhkum edam edilib və bu öncəki illə müqayisədə 43% çoxdur.
visiontv.az